AZ

"Qızıl top"a namizədlərin adları açıqlandı

2024-cü ildə “Qızıl top”a namizədlərin adları açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “France Football” jurnalı məlumat yayıb.

Məlumata görə, ilin ən yaxşı futbolçusu mükafatına iddialılar siyahısında Bellinqhem, Dias, Foden, Valverde, Martinez, Holland, Williams, Xaka, Dovbik, Kroos, Vinisius, Olmo, Wirtz, Odegaard, Hummels, Rodri, Keyn, Rays, Vitinha, Palmer, Carvajal , Yamal, Saka, Çalhanoğlu, Saliba, Mbappe, Martinez, Lookman, Rudiger, Grimaldo var.

Siyahıya Argentina millisinin və Amerikanın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi və Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının Əl-Nəsr komandasının hücumçusu Kriştiano Ronaldo daxil edilməyib .

Mükafatlandırma mərasimi oktyabrın 28-də baş tutacaq.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
teleqraf.com

1Mənbələr