AZ

“Xavi tez-tez tənqid olunurdu, indi isə…” – Pedri

“Barselona”nın yarımmüdafiəçisi Pedri baş məşqçi dəyişikliyindən sonra komandadakı vəziyyətdən danışıb.Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu indi vəziyyətin sakitləşdiyini bildirib:“Flikin rəhbərliyi altında atmosfer? Xavi daim tənqid olunurdu və buna görə də, hər şeyin pis getdiyi görünürdü. İndi vəziyyət sakitləşib, Flik mediada o qədər də tənqid olunmur. Baş məşqçi oyuna ciddilik bəxş edib. O, oyunçulara yaxın olarkən, bəzən onunla zarafat etməyə icazə verir”.Kataloniya klubu may ayında Xavinin baş məşqçi postundan ayrıldığını açıqlamışdı. İspan çalışdırıcının yerini “Barsa” ilə La Liqanın ilk 4 turunda 4 qələbə qazanan Hans-Diter Flik tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
komanda.az

1Mənbələr