AZ

“Gürcüstanın Aİ-yə üzvlüyü faktiki olaraq dayandırılır” - Qurumdan sərt reaksiya

“Gürcüstan parlamentində “Milli, dini dəyərlərin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” sənədin ikinci oxunuşda qəbulu xalqın hüquqlarını pozmaqdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Aİ-nin xarici siyasət məsələləri üzrə mətbuat katibi Peter Stano deyib.

O bildirib ki, təmsil etdiyi qurum Gürcüstan hökumətini həmin sənədə yenidən baxmağa çağırır:

“Sözügedən sənəd xalqın hüquqlarını pozmaqla da kifayətlənmir. Bu həm də cəmiyyətdə geniş diskriminasiyaya yol aça bilər”.

Peter Stano bununla da Gürcüstanın Aİ-yə üzvlüyü prosesinin faktiki olaraq dayandırıldığını deyib.

Xatırladaq ki, Gürcüstan parlamenti ötən gün LGBT-nin təbliğinin qadağan edilməsini tələb edən qanun layihəsini parlamentdə ikinci oxunuşda da qəbul edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
1
qafqazinfo.az

2Mənbələr