AZ

Fransanın antiAzərbaycan siyasəti davam edir



"Fransanın antiAzərbaycan siyasəti davam edir. Bu ölkə davamlı olaraq Azərbaycana qarşı düşmən münasibəti sərgiləyir. Bu günlərdə Fransa vətəndaşlarının Azərbaycana səfər etmələrinə qadağa tətbiq edilməsi barədə yayılan xəbərlər də bunun bariz nümünəsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, rəsmi Paris İkinci Qarabağ Müharibəsindən sonra bu münasibətini daha da sərtləşdirib:

"Fransa heç bir halda istəmirdi ki, Azərbaycan öz ərazilərini işğaldan azad etsin. Hər vəchlə çalışırdı ki, Azərbaycan müharibədən məğlub ayrılsın. İndi onun qisasını almaq istəyir. Ermənistanı da məhz bu səbəbdən silahlandırır".

Anar Əliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
newscenter.az

1Mənbələr