AZ

Ronaldo və Messisiz: 2024-cü ildə “Qızıl top”a namizədlər bəllidir

"France Football" nəşri ilin ən yaxşı futbolçusu adına bütün namizədlərin adını açıqlayıb.

90deqiqe.Az "France Football"un mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qızıl top”a namizədlər bunlardır:

Cude Bellinqhem, Ruben Dias, Fil Foden, Federiko Valverde, Emilian Martinez, Erlinq Haaland, Niko Villiams, Qranit Caka, Artem Dovbik, Toni Kroos, Vinicius, Dani Olmo, Florian Virtz, Martin Odeqard , Mats Hummels , Rodri, Harri Keyn, Deklan Rays, Vitinya, Koul Palmer, Dani Karvaxal, Lamin Yamal, Bukayo Saka, Hakan Çalhanoğlu, Uilyam Saliba, Kilian Mbappe, Lautaro Martinez, Ademola Lukman, Antonio Rudiger, Alexandro Qrimaldo.

Qeyd edək ki, 2003-cü ildən bəri ilk dəfə olaraq nə Kriştianu Ronaldo, nə də Lionel Messi siyahıda yer almasa da, Lamin Yamal 17 yaş 53 gündə buna nail olub.

Əlavə etmək istərdik ki, mükafatlandırma mərasimi oktyabrın 28-də baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
90deqiqe.az

1Mənbələr