AZ

Venesuela hökumətinə məxsus daha bir təyyarə ələ keçirilib

Venesuela hökumətinin ikinci təyyarəsi Dominikan Respublikasında saxlanılıb, təyyarəyə respublikanı tərk etmək qadağan edilib.

32gun.əz bildirir ki, bu barədə Dominikan nəşri Diario Libre məlumat yayıb .

Təyyarənin ABŞ hakimiyyətinin tələbi ilə saxlanıldığı bildirilir. Təyyarə beynəlxalq hava limanında yerləşir və məhkəmə icazəsi olmadan hərəkət etmək qadağandır.

Sentyabrın 2-də ABŞ Venesuela prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirərək Floridaya aparıb. ABŞ Ədliyyə Nazirliyi təyyarənin ABŞ-ın sanksiyalar qanunlarını pozduğuna görə müsadirə edildiyini bildirib .

Bundan sonra rabitə, mədəniyyət və turizm naziri Freddi Nanes ABŞ-ı piratçılıqda ittiham edib . Nazir Venesuela hökumətinin bəyanatını yayıb. Sənəddən belə çıxır ki, ABŞ kiçik ölkələrə təzyiq göstərmək üçün dəfələrlə öz mövqeyindən istifadə edib.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
3
32gun.az

10Mənbələr