AZ

ABŞ Marqarita Simonyana sanksiya tətbiq edir

ABŞ Maliyyə Nazirliyi RT telekanalının baş redaktoru Marqarita Simonyan və onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq edir.

 

Senzor.az bildirir ki, Nazirliyin yazılı açıqlamasında belə deyilir.

 

Maliyyə Nazirliyi qeyd edib ki, ilin əvvəlində RT rəhbərliyi, saxta məlumat və dezinformasiya yaymaqla yanaşı, ölkədəki prezident seçkilərinə təsir kampaniyası üçün Amerika rəsmilərini ələ almağa cəhd göstərməyə başlayıb: "RT, Amerika auditoriyasına təsir göstərmək üçün mətnlərin hazırlanmasında özünün və ya Rusiya hökumətinin iştirakını gizlətmək üçün bir saxta kampaniyasından istifadə edib".

 

Bundan başqa, RT xəbər yayımı xidmətinin rəis müavini Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və rəqəmsal media layihələri departamentinin əməkdaşı Yelena Afanasyeva da “qara siyahı”ya salınıblar.

 

Margo isə, ABŞ hökumətinin qərarına özünəməxsus vulqar bir şəkildə reaksiya verib: "Tfu, ayıldılar...”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
38
senzor.az

10Mənbələr