AZ

Aİ Ukrayna hökumətindəki istefalara reaksiya verib

Avropa İttifaqı Ukrayna hökumətindəki istefaları nəzərə alıb.

32gun.az xəbər verir ki, bu sözləri RİA Novosti -yə açıqlamasında Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano deyib. 

O, əlavə edib ki, Aİ tərəfdaş dövlətlərdə kadr institutları ilə bağlı daxili qərarları açıq şəkildə şərh etmir.

Bir gün əvvəl məlum olub ki, Ukraynada ölkə rəhbərliyindən 6 nəfər istefa verib. O cümlədən Baş nazirin müavini İrina Vereşçuk , Baş nazirin müavini, Avropa və Avro-Atlantik inteqrasiya üzrə nazir Olqa Stefanişina , Ədliyyə Nazirliyinin rəhbəri Denis Malyuska , strateji sənaye naziri Aleksandr Kamışin , Ekologiya Nazirliyinin rəhbəri Ruslan Strelets və Baş nazirin müavini Dövlət Əmlak Fondu Vitali Koval . Vereşçukun istefasını qəbul etməkdən imtina etdiyi bildirilib.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
19
32gun.az

10Mənbələr