AZ

Çinin baş konsulu Nyu-Yorkdan qovuldu

ABŞ Ədliyyə Nazirliyi Nyu-York ştatının keçmiş rəsmisi Linda Sunanı Çin Xalq Respublikasının qeydiyyatdan keçməmiş agenti kimi fəaliyyət göstərməkdə ittiham etdikdən sonra Çinin Nyu-Yorkdakı baş konsulu Huanq Pinqi ölkədən qovub.

Qaziler.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nyu-York ştatının qubernatoru Keti Hokul deyib: “Mən baş konsulun qovulmasını arzuladığımı bildirdim və onun artıq Nyu Yorkdakı [Çin] missiyanı [diplomatik] təmsil etmədiyi barədə məlumat aldım”.

Bir gün əvvəl ABŞ rəsmilərinin Nyu-York ştatının keçmiş məmuru Linda Sunu Çin hökuməti üçün qeydiyyatdan keçməmiş xarici agent kimi işləmək ittihamı ilə həbs etdiyi bildirilmişdi. Qeyd olunur ki, Sun sentyabrın 2-də səhər əri Kristofer Hu ilə birlikdə saxlanılıb. O, öz növbəsində, çirkli pulların yuyulması və bank fırıldaqları üçün sui-qəsddə ittiham olunur.

Prokurorların sözlərinə görə, eks-məmur dövlət administrasiyasında işləyərkən Pekindən verilən tapşırıqları yerinə yetirib. Məsələn, Çin rəsmilərinin Nyu-York ştatının yüksək rütbəli nümayəndələri ilə görüşlərini təşkil edib.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
qaziler.az

9Mənbələr