AZ

COVID pandemiyasının səbəbini müəyyən etmək Çindən məlumat olmadan mümkün deyil

Çin, o cümlədən ehtimal edilən daha erkən yoluxma halları haqqında tam məlumat verənə qədər COVID-19-un mənşəyi aydın olmayacaq.

Viral.az xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

“Artıq dəfələrlə, o cümlədən yüksək səviyyəli Çin rəhbərlərinə dediyim kimi, Çinin əməkdaşlığı bu proses üçün son dərəcə vacibdir. Bura “Huanan” dəniz məhsulları bazarı, COVID-19-un ən erkən məlum və şübhəli halları, eləcə də Uhan laboratoriyalarında görülən işlər haqqında məlumatlar daxildir. Biz hələ də COVID-19 pandemiyasının necə başladığını bilmirik və təəssüf ki, onun mənşəyini aydınlaşdırmaq üçün işlər yarımçıq qalır”, – o bildirib.

Qebreyesusun sözlərinə görə, yeni təhlükəli patogenlər üzrə ekspertlərin elmi-məsləhət qrupu (SAGO) hazırda COVID-19 pandemiyasının necə başlamasının müstəqil qiymətləndirilməsini tamamlayır. O vurğulayıb ki, həqiqətin aşkarlanması üçün ÜST-yə üzv olan bütün dövlətlərin əməkdaşlığı, qarşılıqlı fəaliyyəti və şəffaflığı lazımdır.

Xatırladaq ki, COVID ilə bağlı qlobal fövqəladə sağlamlıq vəziyyəti 2020-ci ilin yanvar ayının sonundan 2023-cü ilin may ayının əvvəllərinə qədər qüvvədə olub. 2020-ci il martın 11-də ÜST COVID-19-u pandemiya kimi xarakterizə edib. Təşkilatın saytında dərc olunan son (18 avqust 2024-cü il tarixinə olan) məlumata görə, dünyada 776 007 137 koronavirusa yoluxma, 7 059 612 ölüm halı qeydə alınıb.

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
21
viral.az

10Mənbələr