AZ

Avropada meymun çiçəyi virusu xəbərdarlığı: Risk azdır, lakin...

Avropada meymun çiçəyi virusu xəbərdarlığı: Risk azdır, lakin...

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) Avropa ölkələrini idxal hallarının artacağı təqdirdə virusla mübarizəyə hazır olmağa çağırıb. Bununla belə, təşkilat qeyd edib ki, Avropada meymun çiçəyi virusu riski aşağı səviyyədə qalır.Avropa Parlamentinin (AP) Ətraf Mühit, İctimai Sağlamlıq və Qida Təhlükəsizliyi Komitəsi (ENVI), Avropa İttifaqı (Aİ) Komissiyasının Səhiyyədə Fövqəladə Hallara Hazırlıq və Cavab Agentliyi (HERA), Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) və Avropa Dərman Agentliyinin (EMA) təşkil etdiyi toplantıda meymun çiçəyi virusu ilə bağlı mövcud vəziyyət və hazırlıqlar müzakirə edilib.ECDC direktoru Dr. Pamela Rendi-Vaqner bildirib ki, Avropada epidemiya riski hazırkı şəraitdə azdır və qitədə yeganə hadisə avqustun 15-də İsveçdə aşkarlanıb.Buna baxmayaraq, Rendi-Vaqner AB daxilində idxal hallarının sayının artması ehtimalına hazır olmaq lazım olduğunu deyib: "Ona görə də Avropa ölkələrinin infeksiyaları tez bir zamanda aşkar etməyə hazır olması çox vacibdir. Avropada daha da yayılmasının qarşısını almaq üçün bu proses mümkün qədər tezləşdirilməlidir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
2
afn.az

3Mənbələr