AZ

"OBA marketlər şəbəkəsi" işçilər axtarır - VAKANSİYALAR

OBA marketlər şəbəkəsi

Mobil tətbiq və veb sayt mütəxəssisi

Son tarix 04 okt 2024 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Mobil tətbiq və veb saytda məhsullar, kampaniya və digər məlumatları yerləşdirmək və mütəmadi olaraq yeniləmək
  • Mobil tətbiq və veb saytla bağlı yeni funksionallıqla bağlı təkliflər hazırlamaq
  • Səhvlər və uyğunsuzluqları araşdırmaq və düzəlişlər etmək
  • Mobil tətbiq və veb sayt üzərindən kampaniya təkliflərini hazırlamaq və yayınlanmasını təmin etmək;
  • Texniki tapşırıqları yazmaq və əlavə etmək
  • Bazar trendlərini, yenilikləri izləmək və onların işdə tətbiq etmək
  • Traffikin artırılması üzrə təklifləri hazırlamaq
  • İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həlləri hazırlamaq
  • Şöbənin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq icra etmək

Namizədə dair tələblər:

  • Təhsil: Ali 
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
  • Dil bilikləri: ingilis dili
  • Kompüter bilikləri: HTML, CSS3, JS, PHP, SFTP üzrə biliklər
  • Mobile App və sayt üzrə texniki biliklər
  • Təşəbbüskar, yenilikçi, punktual və kreativ
  • Öncədən yazılan kodları təhlil və onlarla işləmə bacarığı

Əlavə təminatlar:

  • Nahar;
  • Servis xidməti;
  • Korporativ nömrə

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günləri

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mobil tətbiq və veb sayt mütəxəssisi " yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

İR əməliyyatlar üzrə kiçik mütəxəssis

 Son tarix 03 okt 2024 - [email protected] 

Vəzifə öhdəlikləri:

  • Biznes Partnyorlardan gələn müraciətlərin ERP sistem üzərində təmin etmək
  • Sənədlərdə çatışmazlıqları aşkarlamaq və aradan qaldırmaq
  • Müvafiq proqram təminatı üzərindən işə qəbul, xitam, transfer və vəzifə dəyişikliyini icra etmək
  • Sənədlərdə olan çatışmazlıqları qeydiyyata almaq və təminini izləmək
  • Sənədlərin tam qaydasına gətirilməsi üçün hədəfləri müəyyənləşdirmək
  • Əmək kitabçalarının yazılması, mövcud olmayanları təmin etmək
  • Digər İR əməliyyat proseslərinə dəstək olmaq

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali ( İnsan resurslarının idarə edilməsi üzrə olması üstünlükdür)
  • İş təcrübəsi: Müvafiq sahə üzrə iş təcrübəsinin olması üstünlükdür
  • Kompüter bilikləri: MS Office (Word, Excel orta səviyyədə)
  • Əmək məcəlləsi bilikləri
  • Məsuliyyətlilik
  • Komanda işi bacarığı

Əlavə təminatlar:

  • Nahar;
  • Servis xidməti;
  • Korporativ nömrə

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00 - 14:00
  • Şənbə və Bazar istirahət günləri

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İR əməliyyatlar üzrə kiçik mütəxəssis " yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
fed.az

1Mənbələr