AZ

İsveçdə sentyabrda havanın tempraturu ilk dəfə 30 dərəcədən yuxarı olub

İsveçdə sentyabr ayı üçün rekord temperatur - 31,1 dərəcə istilik qeydə alınıb.

“Far.Az” xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Qeyd olunur ki, bu göstərici krallığın cənubunda yerləşən Helsinqborq şəhərində fiksə edilib.

Telekanalın məlumatına görə, bu, İsveç tarixində ən isti sentyabr günü olub.

Qeyd edək ki, bundan əvvəlki rekord 1975-ci il sentyabrın 1-də ölkənin cənubundakı Skan əyalətində qeydə alınmışdı: o zaman termometr 29,1 dərəcəyə çatmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
far.az

2Mənbələr