AZ

Acer gövdəsində gamepad-ı birləşdirən yeni konseptual noutbukunu sərgiləyib

     Acer şirkəti Almaniyanın Berlin şəhərində start götürmüş IFA 2024 sərgisi çərçivəsində Project DualPlay adlı yeni konseptual noutbukunu sərgiləyib. Sərgilənmiş bu yeni konseptual noutbukun əsas fərqləndirici tərəfi ondadır ki, o öz gövdəsində gamepad-a və hərəkətli səsgücləndiricilərə sahibdir. Noutbukun klaviaturasının aşağısındakı touchpad hissəsi məhz gamepad rolunu oynayır. Onu gövdədən ayırıb ənənəvi gamepad şəklində istifadə etmək olar. Noutbukun gövdəsi daxilində olan zaman isə o, touchpad rolunda çıxış edir.     Bununla yanaşı gamepad-ı Nintendo Switch oyun konsolunun Joy-Con adlı gamepad-ları kimi iki hissəyə ayırmaq mümkündür. Project DualPlay adlı bu konseptual noutbukun daha bir özəlliyi isə onun hərəkətli səsgücləndiricilərə sahib olmasıdır. Belə ki, istifadəçi istədiyi zaman səsgücləndiriciləri noutbukun kənar hissələri tərəfdə xarici istiqamətə çıxara bilər. Bu halda istifadəçi daha yüksək səs keyfiyyətini əldə etməlidir. Acer-in sərgiləmiş olduğu bu noutbuk konseptual olduğu üçün onun texniki imkanları barəsində məlumat verilməyib. Bundan əlavə şirkətin nəticə etibarilə bu cür noutbuku satışa çıxarıb-çıxarmayacağı da bilinmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
technote.az

1Mənbələr