AZ

Red Magic öz yeni gaming planşetinin xarici görünüşünü sərgiləyib

     Nubia şirkətinin Red Magic brendi sabahkı təqdimatı gözləmədən öz yeni gaming planşetinin xarici görünüşünü sərgiləyib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, yeni gaming planşet bazara iki gövdə rəngində satışa çıxacaq. Ağ və qara. Bununla yanaşı planşet RGB işıqlandırmaya da sahib olacaq. Son məlumatlara əsasən Red Magic-in yeni gaming planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 10.9 düym ölçülü ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq planşet özündə 50 MP-lik arxa kameranı və 20 MP-lik ön kameranı birləşdirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
technote.az

1Mənbələr