AZ

Ruslan Voronsov rəsmən “Qəbələ”də

2024/2025-ci illər mövsümündə Birinci Liqada mübarizə aparacaq “Qəbələ” heyətini yeni hücumçu – Ruslan Voronsov ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Transfer çalışmalarını davam etdirən “qırmızı-qaralar” yeni mövsümün startı ərəfəsində Ruslan Voronsovun keçidini rəsmiləşdiriblər.

28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Ruslan Voronsov bunadək “Simurq”, “Ağsu”, “Şəmkir”, “Zaqatala”, “Mingəçevir” “Qaradağ Lökbatan”, MOİK, “Karvan”, Şimali Kiprdə “Larnaka Gənclərbirliyi” klublarında forma geyinib.

Yeri gəlmişkən, “Qəbələ” 2024/2025 mövsümünə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” sabah “İmişli” ilə üz-üzə gələcəklər.

Qarşılaşma Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutacaq. Oyuna saat 18:00-da start veriləcək.

Bu qarşılaşma Kaxaber Sxadadzenin yetirmələrinin mövsümlərarası hazırlıq çərçivəsində 6-cı yoxlama oyunu olacaq. Buna qədər Küveyt təmsilçisi “Əl-Yarmuk”la heç-heçə (2:2) edən “Qəbələ” “Zaqatala” (2:0), “Cəbrayıl” (5:2, 4:1) və “Mingəçevir”ə (4:0) qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
3
arena.az

4Mənbələr