AZ

Kim Çen In 30 məmuru edam etdirdi


Şimali Koreya lideri Kim Çen In 30 məmuru edam etdirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, lider onları bu yay 4000-ə yaxın insanın ölümünə səbəb olan geniş daşqın və sürüşmələrin qarşısını ala bilməməkdə günahlandırıb.
Məlumata görə, Şimali Koreya rejimi rəsmisi “TV Chosun” telekanalına bildirib ki, 20-30 Şimali Koreya məmuru korrupsiyada və vəzifə borcunu yerinə yetirməməkdə günahlandırılaraq ölüm cəzasına məhkum edilib:
“Müəyyən edilib ki, ötən ay daşqından zərər çəkmiş ərazilərdə 20-30 məmur eyni vaxtda edam olunub”.
Qeyd edək ki, Koreya Mərkəzi Xəbər Agentliyi daha əvvəl bildirib ki, Kim iyul ayında Çaqanq əyalətində 4000-ə yaxın insanın ölümünə və 15000-dən çox insanın didərgin düşməsinə səbəb olan dağıdıcı daşqınlardan sonra məmurların ciddi şəkildə cəzalandırılmasını əmr edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
yeniavaz.com

1Mənbələr