AZ

Sülh müqaviləsinin imzalanması 3 il gecikəcək? – RƏY

Ermənistan konstitusiyasına 2027-ci ildə dəyişiklik edəcəyini bildirib. Nəzərə alsaq ki, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olan maddələr var, sülh müqaviləsinin imzalanması gecikə bilərmi?
Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, 3 il bizim üçün çox uzun müddətdir. Bu müddət ərzində çox şey baş verə bilər, geosiyasi reallıqlar dəyişə bilər. Bunun təsiri kimi Cənubi Qafqazda proseslər dəyişə bilər. Azərbaycan bütün risk faktorlarını nəzərə alır və Ermənistandan bu məsələni ən qısa zamanda həll etməsini tələb edir:
“Ermənistan qeyd edir ki, 2027-ci ilə qədər konstitusiyanın dəyişməsi üçün işlər görüləcək. Bu, Paşinyanın bir müddət əvvəl 2026-cı ilə qədər möhlət istəməsi ilə eyni məntiqə sığan yanaşmadır. Təbii ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı mövqeyini hələ bildirməyib. Sadəcə ölkə başçısının çıxışlarından bilirik ki, Azərbaycan konstitusiya dəyişikliyini ən qısa zamanda istəyir. Əslində, 3 il bizim üçün çox uzun müddətdir. Bu müddət ərzində çox şey baş verə bilər, geosiyasi reallıqlar dəyişə bilər. Bunun təsiri kimi Cənubi Qafqazda proseslər dəyişə bilər. Paralel olaraq Ermənistan regiona Qərb qüvvələri, Fransa, Avropa İttifaqı sülhməramlı missiyasını gətirə bilər və ABŞ qoşunlarının sayı da arta bilər. Bütün bunlar Ermənistanın prosesdən yayınmasına səbəb ola bilər. Azərbaycan bütün risk faktorlarını nəzərə alır və Ermənistandan bu məsələni ən qısa zamanda həll etməsini tələb edir. Sülh prosesinə baxdıqda məsələlərin həllinin müddət aralığının eyni olmadığını görürük. Məsələn, Azərbaycanın həll edilməsini istədiyi, həlli vacib və prioritet məsələlər var. Həllini istədiyimiz məsələ demarkasiyadır. Demarkasiya kifayət qədər uzun prosesdir. Bunun həlli sülh prosesindən sonra da mümkündür. Azərbaycan və Gürcüstan arasında tam delimitasiya olmayıb və bu, tərəflər arasında problem yaratmayıb. Delimitasiyanı gələcəyə saxlaya bilərik. Bütün bunları nəzərə alaraq demək olar ki, rəsmi Bakı bütün məsələlər təcili həll olmalıdır demir. Konstitusiya məsələsinin tez həll olmasını istəyirik. Ermənistanın konstitusiyasında Azərbaycana ərazi iddiaları var. Bəzi maddələr gələcəkdə ehtimal sülh müqaviləsinin qüvvədən düşməsinə gətirib çıxara bilər. Bakının tələbi buna görədir. 3 il məsələsinin real olduğunu düşünmürəm. Azərbaycan tərəfinin mövqeyi daha vacibdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
arantv.az

1Mənbələr