AZ

Hazırda Yerə asteroid yaxınlaşır

Sentyabrın 4-də, Bakı vaxtı ilə təxminən saat 19:36-da CAQTDL2 asteroidi Yerə düşəcək.

Qaziler.az bildirir ki, bu haqda “NewScientist” məlumat yayıb.

Səma cismi dəniz səviyyəsindən 100 kilometr yüksəklikdə atmosferə daxil olacaq. Çağırılmamış qonağı Filippin sakinləri gözləməli olacaq. Obyekt paytaxt Manilanın bir neçə yüz kilometr şimalında yerə enəcək.

Analitiklərin fikrincə, asteroidin diametri 0,8-2,1 metr arasında dəyişir. Son məlumata görə 1,6 metrdir. Göy cisminin atmosferə daxil olduqdan sonra tamamilə parçalanacağı gözlənilir. Obyekt Filippinin paytaxtından bir neçə yüz kilometr şimalda görünə biləcək parlaq partlayış yaradacaq.

Qeyd olunub ki, asteroid Arizonadakı “Mount Lemmon” rəsədxanasının əməkdaşları tərəfindən aşkar edilib. Həmin vaxt obyektin parlaqlığı 21 bal gücündə olub. Son saatlarda alimlər səma cismini müşahidə edərək onun trayektoriyasını müəyyən ediblər. Asteroidin planetin sakinləri üçün təhlükə yaratmadığı bildirilib.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
23
qaziler.az

10Mənbələr