Türkiyə Superliqasının VI turunda keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" qarşılaşmasının vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Sentyabrın 21-də keçiriəcək İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qeyd edək ki, hazırda 4 oyun keçirən "Fənərbaxça" 10 xalla liderdir. "Qalatasaray" isə 3 oyuna 9 xal toplayıb və 2-ci yerdədir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta