AZ

Naxçıvanda STEAM tədris edən müəllimlər üçün növbəti müsabiqə keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil müəssisələrində STEAM təhsil metodu üzrə kadr ehtiyacının ödənilməsi məqəsdilə bu fənni tədris edən müəllimlər üçün növbəti müsabiqə keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, müsabiqədə Təhsil Nazirliyinin STEAM təhsil metodu ilə bağlı təşkil etdiyi təlimləri başa vurmuş 166 namizəd iştirak edib.

Müsabiqədə namizədlərin metodika, STEAM fəlsəfəsi, arduino, mikrobit, 3D printer və tinckerCad mövzuları ilə bağlı biliklərinin yoxlanılması məqsədilə hər bölməni əhatə edəcək şəkildə, ümumilikdə 30 test tapşırığı təqdim olunub və test tapşırıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılıb. Hər bir düzgün cavab bir balla qiymətləndirilib.

Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.

Məlumat üçün bildirək ki, test tapşırıqlarının 50 faizini düzgün cavablandırmış namizədlər müsahibə mərhələsinə buraxılacaqlar və bu mərhələdə keçid balını toplamış hər bir namizəd üçün 2 il qüvvədə olan STEAM təhsili üzrə tədris prosesini aparmağa icazə hüququ verən sertifikat təqdim olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
3
report.az

4Mənbələr