AZ

Kim Çen Indan amansız CƏZA: Koreyada baş verən daşqınlara görə 30-a yaxın məmur EDAM EDİLDİ - VİDEO

Şimali Koreyada son günlər baş verən daşqınlara görə 30-a yaxın məmur edam edilib.

Bizim.Media xəbər verir ki, bu barədə TV Chosun rəsmi mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, keçən ay Koreyada bir neçə min insanın həyatına son qoyan Çaqanq əyalətində baş verən daşqınların vurduğu zərərin qarşısını ala bilmədiyi üçün 30 məmur güllələnib.

Koreya Mərkəzi Televiziyasının məlumatına görə, Kim Çen In daha əvvəl öz öhdəliklərinə laqeyd yanaşanları və buna görə də qurbanlara görə məsuliyyət daşıyanları sərt şəkildə cəzalandıracağını vəd etmişdi.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
bizim.media

2Mənbələr