AZ

Hakerlər Donald Trampın gəlini və qızının hesablarını SINDIRDI

Hakerlər Donald Trampın gəlini və qızının hesablarını sındırıb.

interpress.az xəbər verir ki,  bu barədə Politico məlumat yayıb. Nəşr bildirir ki, məlumatı ABŞ prezidentinin oğlu Erik Tramp X mikrobloqunda paylaşıb.

Hakerlər çərşənbə axşamı keçmiş ABŞ prezidenti Donald Trampın gəlini və kiçik qızı Lara və Tiffany Trampın sosial media hesablarını sındıraraq, ailənin kriptovalyuta biznesini təbliğ edən iki saxta paylaşım yayıblar.

X sosial şəbəkəsində yazıların Respublikaçılar Milli Komitəsinin həmsədri Lara Tramp və Donald Trampın kiçik qızı Tiffaninin hesablarından hazırlandığı görünür.

“Bu fırıldaqdır!!! @LaraLeaTrump və @TiffanyATrump-ın Twitter profilləri sındırılıb!” Erik Tramp özünün X mikrobloqunda yazıb.

Lara Tramp və Tiffani Trampın saxta paylaşımları bundan sonra silinib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
2
interpress.az

10Mənbələr