AZ

İsrail Rəfahda öldürülən terrorçuların sayını açıqladı

İsrail hərbçiləri bir həftə ərzində Rəfah bölgəsində 200-dən çox radikalı məhv edib.

Axar.az xəbər verir ki, məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.

“Son bir həftə ərzində 401-ci briqadanın bölmələri əldə edilmiş kəşfiyyat məlumatları əsasında Rəfahın rayonlarından biri olan Tel əs-Sultanda məqsədyönlü əməliyyatlar həyata keçirib. Bu günə qədər aparılan əməliyyatlarda qoşunlar 200-dən çox terrorçunu məhv edib və mülki binalardan onlarla silah-sursat götürüblər”, - deyə məlumatda bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
5
axar.az

6Mənbələr