AZ

PSJ FFL qarşısında cavab verəcək - Mbappeyə olan borca görə

Fransa nəhəngi PSJ keçmiş hücumçusu Kilian Mbappeyə olan börcuna görə Fransa Futbol Liqasının qarşısında cavab verəcək.

Arena.az bu barədə “Ekip” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, paytaxt klubu sentyabrın 11-də, Fransa nəhənginin Kilian Mbappeyə olan 55 avro məbləğində borcu ilə bağlı vəziyyəti həll etmək üçün Fransa Futbol Liqasının Hüquq Komitəsi qarşısına çıxacaq.

Daha əvvəl mətbuatda, PSJ-nin 2024-cü ilin aprelindən Mbappenin maaşını və müxtəlif mükafatlarını ödəmədiyi barədə məlumatlar yayılmışdı. 25 yaşlı futbolçunun tərəfinin kluba pulun ödənilməsi tələbi ilə rəsmi bildiriş göndərdiyi vurğulanıb.

Xatırladaq ki, Mbappe ötən mövsümün sonunda PSJ-dən azad agent qismində ayrılıb. İyunun 3-də “Real” 25 yaşlı hücumçunun “qaymaqlılar”ın oyunçusu olduğunu rəsmən elan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
arena.az

1Mənbələr