AZ

Təkər daha bir yol qəzasına səbəb oldu:avtomobil “salto” atdı – QƏZA GÖRÜNTÜLƏRİ

Rusiyada yük maşınından çıxan təkər yol qəzasına səbəb olub. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Moskva dairəvi avtomobil yolunda baş verib.

Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, yolun 41-ci kilometrliyində, Profsoyuznaya küçəsi ilə kəsişmə yaxınlığında hərəkətdə olan yük maşınının arxa təkəri çıxıb və yolun sağ tərəfinə diyirlənib. Bu zaman sol zolağda hərəkətdə olan taksi şirkətlərinin birinə məxsus avtomobilin altında qalıb.

Bundan sonra “taksi” sözün əsl mənasında akrobatik hərəkətlər edib və nəticədə maşın havaya qalxaraq yerə çırpılıb.

Hadisə zamanı ölən və yaralananların olduğu barədə məlumat verilmir.

Həmin görüntüləri təqdim edirik:

Namiq Musayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
avtosfer.az

1Mənbələr