AZ

"Tottenhem"in futbolçusu: Bizi Azərbaycan yığması ilə çətin oyun gözləyir

Bakı, 4 sentyabr, AZƏRTAC

"Sabah bizi çətin oyun gözləyir. Qələbə qazanmaq şansımızın yüksək olduğunu düşünürəm".

AZƏRTAC xəbər verir ki, bu sözləri İsveç millisinin futbolçusu Deyan Kulusevski UEFA Millətlər Liqasının C Divizionunda Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Hazırda İngiltərənin "Tottenhem" klubunda çıxış edən vinger sabahkı matça tam hazır olduqlarını söyləyib: "Yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, maraqlı qarşılaşma olacaq".

Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç görüşü saat 20:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
6
azertag.az

6Mənbələr