AZ

Xarici borcumuz azalır, daxili borcumuz artır- səbəb?..

Image

Vüqar Bayramov: “Xarici borc, xüsusən strateji istiqamətlər üzrə istifadə olunur”

Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ilin ilk yarısında Azərbaycanın ümumi dövlət borcu 25 milyard 868 milyon manata çatıb. Bu, 2024-cü il ərzində gözlənilən 121,3 milyard manatlıq Ümumi Daxili Məhsulun 21,2 faizini təşkil edir.

Ümumi dövlət borcunun 9,1 milyard manatı və ya 35,5 faizi xarici dövlət borcunun payına düşür. Ümumi borcun 16 milyard 572 milyon manatı və ya 64,5 faizi isə daxili dövlət borcunun payına düşür.

Bununla yanaşı, azalan xarici borcdur – 6,5 milyard dollardan 5,4 milyard dollara düşüb – 900 milyon dollar azalma. Daxili borc isə 15,9 milyard manatdan 16,6 milyard manata yüksəlib - 700 milyon manat artım var.

Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, xarici dövlət borcu azalır, daxili dövlət borcu artır. Maraqlıdır, xarici dövlət borcunun azalmasının və daxili borcun artmasının səbəbi nə ilə bağlıdır?

“Daxili borclanmaya daha çox üstünlük verilib, çünki borcun həm milli valyutada olması, həm də bu borcun qaytarılma mexanizmi iqtisadiyyat üçün hər hansı bir risq formalaşdırmır” 

Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki,  Azərbaycanın xarici borcu ölkəmizin xarici borc strategiyasına uyğun olaraq formalaşır və dəyişikliklər də buna uyğunlaşdırılıb: "Xarici borc, xüsusən strateji istiqamətlər üzrə istifadə olunur. Azərbaycanda prioritet istiqamətlər üzrə daxili və xarici borclanma siyasəti həyata keçirilir. Daxili borclanma isə daha dayanıqlıdır, çünki milli valyutadadır. Daxili borclanmaya daha çox üstünlük verilib. Borcun həm milli valyutada olması, həm də bu borcun qaytarılma mexanizmi iqtisadiyyat üçün hər hansı bir risq formalaşdırmır. Eyni zamanda, xarici borcun strukturu da praktiki olaraq risqlərin kompensasiya edilməsi baxımından vacibdir. Xarici borcun strukturuna diqqət yetirsək, xarici borcun yarıdan çoxu 5 ildən çox müddətə götürülən borclardır. Yəni bu borcun qaytarılması uzunmüddətlidir. Hazırda Azərbaycanın daxili və xarici borcu iqtisadi inkişaf üçün hər hansı bir risq formalaşdırmır".

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
baki-xeber.com

1Mənbələr