AZ

Ərdoğan: Fələstin məsələsində Misirlə ortaq mövqeyimiz var

Prezident Rəcəb Tayyib Ərdoğan Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə mətbuat konfransında danışıb.

"Operativ Media" xəbər verir ki, Ərdoğan çıxışında bunları deyib:

"İlk növbədə, Misir Prezidenti cənab Əbdülfəttah əs-Sisini ölkəmizdə qəbul etməkdən məmnun olduğumu bildirmək istərdim. Bir daha sizin hüzurunuzda onu öz adımdan və millətim adından salamlayıram. Fevralda Qahirəyə səfərim zamanı cənab Prezident böyük mehribanlıq göstərdi və bizi çox səmimi qarşıladı. Mənim Qahirəyə səfərim münasibətlərimizdə yeni dönüş nöqtəsi oldu. O vaxtdan bəri biz dialoqumuzu və əməkdaşlığımızı ən yüksək səviyyədə saxlamışıq. Biz həmişə regionumuzla bağlı məsələlərdə yaxından məsləhətləşmişik. Biz hər sahədə inkişaf edən əməkdaşlığımızı əziz qardaşımın cavab səfəri ilə daha da irəli aparır."

Türkiyə lideri söyləyib ki, Qəzza ilə yanaşı, regional məsələləri, xüsusilə Şərqi Aralıq dənizi, Suriya, Liviya, Sudan və Afrika Buynuzu ilə bağlı məsələləri də müzakirə edilib.

"Bir çox məsələlərdə oxşar münasibət və hədəflərə malik olduğumuz Misirlə məsləhətləşmələrimizi gücləndirmək əzmindəyik", -  deyə Ərdoğan bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
operativmedia.az

1Mənbələr