AZ

Ərdoğan: “Türkiyə son 10 ildə Misirin ticarət ortaqları arasında ilk beşlikdə yer alıb”

“Türkiyə son 10 ildə Misirin ticarət ortaqları arasında ilk beşlikdə yer alıb”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə birlikdə Ankarada keçirdiyi mətbuat konfransında deyib.

O, ikitərəfli əməkdaşlıqdan danışaraq ticarət əlaqələrini artırmaq istədikləriini vurğulayıb:

“Ticarət həcmini öümüzdəki 5 il ərzində 15 milyard dollara çatdırmaq hədəfinə doğru qətiyyətli şəkildə irəliləyirik. İş adamlarımız 3 milyard dollara yaxın investisiyaları ilə Misir iqtisadiyyatına önəmli töhfə verirlər. İnvestorlarımızı yatırımlarını daha da artırmağa təşviq edir, misirli investorları da Türkiyədə gözləyirik. Təbii qaz və nüvə enerjisi başda olmaqla, Misirlə energetika sahəsindəki əməkdaşlığı inkişaf etdirmək arzusundayıq”.

Qeyd edək ki, Sisi 12 ildən sonra Türkiyəyə səfər edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
yenicag.az

1Mənbələr