AZ

FİF yeni tərəfdaşla anlaşdı, amma üç klub üçün

Futbolun İnkişaf Fondu (FİF) həftənin ilk günündə “Bizon Energy” ilə əməkdaşlıq müqaviləsi imzaladı.

Yeni tərəfdaşla üç regional klubda azarkeş zonaları və matç günü lotereyaları ilə oyun günü təcrübəsi artırılacaq. Bəs niyə üç klub? Başqa klublar üçün bu layihə nə vaxt olacaq?

FİF-in icraçı direktoru Tural Piriyev “Football-plus.az”ın suallarına cavab verdi:
“Bizon Energy” ilə əməkdaşlıq şimal-qərb zonasını əhatə edəcək. Hələlik Şəki, Şamaxı, Zaqatala klubları nəzərdə tutulub. Gələcəkdə Qəbələ də, Ağsu da ola bilər, yəni o zonalarda olan komandalardan söhbət gedir. Belə ki, adı çəkilən tərəfdaşla həmin zonalar nəzərdə tutulub, böyüsək də, orda olacaq. Çünki orda oyun günü lotereyalara müəyyən büdcə ayrılıb. Büdcə çərçivəsində məhsullar, əsasən məişət məhsulları təqdim olunur. Onlar orda fanzona təşkil edir ki, bu üzdən müəyyən resurs sərf etmək lazım gəlir. Ona görə də birdən-birə çox regionda etmək olmur. Amma şərt deyil ki, Bizon Energy” ilə bütün bölgələri əhatə edək. Bu sahədə fəaliyyət göstərən, bu kateqoriyada rəqib şirkətlər də var. Onlarla da başqa regionlarda belə əməkdaşlıq edə bilərik. Bu həm də kateqoriya daxilində rəqabət yaratmağa kömək edir. Düşünürəm ki, nə qədər çox şirkət olarsa, bölgə futboluna bir o qədər faydalı olar”.


RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
football-plus.az

1Mənbələr