AZ

Deyan Kuluseviski: "Əlimizdən gələn hər şeyi edəcəyik”

“Bəzi oyunlarda biz uduza bilərik”.

İdman.biz xəbər verir ki, bunu İsveç millisinin futbolçusu Deyan Kuluseviski Millətlər Liqası çərçivəsində Azərbaycan millisi ilə keçiriləcək oyundan öncə keçirilən mətbuat konfransında deyib.

Kuluseviski bildirib ki, sabah bizi çətin oyun gözləyir: “İnanırıq ki, qələbə qazanacayıq. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Qeyd edək ki, Azərbaycan-İsveç qarşılaşması sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
idman.biz

1Mənbələr