AZ

“700 bal toplayan gənci olimpiya çempionu ilə müqayisə etmək doğru olmaz”

“Bu gün bizim üçün vacib olan əsas məsələ elmli və təhsilli gənclərin sayının çox olmasıdır. Təbii ki, idman sahəsində də öz naliyyətlərimizi göstərməliyik, amma daha çox beynəlxalq fənn olimpiadalarında qalib olan gənclər, yüksək bal toplayan abuturiyentlərə üstünlük verməliyik”.

Bu sözləri Demokrat.az-a açıqlmasında təhsil eksperti Elçin Əfəndi deyib. 

O bildirib ki, elmli gənclər ölkəyə daha çox uğur, naliyyət gətirə bilərlər:

“Əlbəttə ki, 700 bal toplamaq böyük uğurdur. Amma onu olimpiya çempionu ilə müqayisə etmək doğru olmaz. Bizim üçün vacib olan məqam daha təhsilli cəmiyyət,  ölkənin iqtisadiyyatına təkan verən elmli gənclər formalaşdırmaqdır. Həm idmanı, həm də elmi birlikdə inkişaf etdirsək, daha gözəl olardı. 

Əgər idmanla  elmi müqayisə etsək, elmə daha çox üstünlük verirəm. Cəmiyyətimizin Lütfizadə, Yusif Məmmədəliyev və bu kimi tanınmış mütəxəssislərə ehtiyacı var”.


Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
demokrat.az

1Mənbələr