AZ

Milli Qvardiyanın baş komandanının müavini saxlanılıb - Qazaxıstanda

Qazaxıstan Hüquq-mühafizə orqanları Respublika Milli Qvardiyasının baş komandanının müavinini saxlayıb.

32gun.az bildirir ki, bu barədə Sputnik Qazaxıstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. 

“Daxili İşlər Nazirliyi Milli Qvardiyanın Baş Komandanının müavininin qanunsuz əməl törətməkdə şübhəli bilinərək saxlanılmasını təsdiqləyir. Hazırda Daxili İşlər Nazirliyi ilə birlikdə səlahiyyətli orqanlar tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir”.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı obyektiv və hərtərəfli araşdırma aparacağına söz verib. Lakin idarə saxlanılan şəxsin kimliyini açıqlamayıb.

Hazırda Qazaxıstan Milli Qvardiyasına general-leytenant Erkin Botakanov rəhbərlik edir. Onun müavinləri general-mayor Kayrat Aktanov, general-mayor Baurjan Abjanov, general-mayor Kayrat Umbetov, general-mayor Konstantin Voronkin və general-mayor Jandos Omarkulovdur.

Nilay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
32gun.az

1Mənbələr