AZ

İstehsalçıların üzünü ağardan, istehlakçıların həyatını qaraldan titan-dioksid...

Image

Ötən yazımızda oxuculara söz vermişdik ki, son onilliklərdə qida sənayesinin "uğurlarından" sayılan titan-dioksid (kimyəvi işarəsi - TiO2, qida əlavəsi kodu - E-171) haqqında ətraflı məlumat verəcəyik. Azərbaycanda bu əməl dəbdə olmasa da, vədimizə əməl edirik.

Xatırlayırsınizsa, 30 il əvvəl qənd, düz, un və sair bu kimi ağ rəngli qida məhsullarımız indiki kimi göz qamaşdırıcı bəyaz rəngə malik deyildi. Yaşı otuzdan yuxarı olan oxucularımızın yadındadır ki, qəndimiz bir qədər sarımtıl, duzumuz boz, unumuz isə bir qədər tutqun ağ rəngdə olurdu. Lakin son onillikdə bu məhsullar göz qamaşdıran bəyazlığa malik oldu. Məhz qəndə, şəkər tozuna, duza, una, ağartı məhsullarına, ağ rəngli şirniyyatlara, kosmetik vasitələrə, pastalara, hətta ağ rəngli kağızlara, oyuncaqlara və digər məişət, dəftərxana və oyuncaq vasitələrinə aşırı bəyazlıq verən maddə titan-dioksiddir. Titan-dioksid ötəm əsrin son onilliklərdə Avropa qida sənayesinin sifarişi əsasında kəşf edilib. Bu nano-hissəciklərə (un dənəziklərindən 200 dəfə kiçik ölçüyə) malik olan maddə qida məhsullarına və digər gündəlik tələbat mallarına xoşagələn bəyazlıq versə də, zəhərləyici bir maddədir. Bu səbəbdən qida məhsulunın tərkibində onun xüsusi çəkisi 1 faizdən çox olmamalıdır. Artıq E-171 kodlu bu qida əlavəsi Avropa ölkələrinin qida məhsulları sənayesində on il əvvəl qadağan edilib. Səbəb isə maddənin insan orqanizmində tədricən fəsadlar yaratmasıdır. Mütəxəssislərin sözlərinə görə, titan-dioksidin xüsusi çəkisi qidaların tərkibində az olduğundan, o, orqanizmdə mütəmadi olaraq, kiçik dozalı zəhərlənmələrə səbəb olur. Xəstə olmayan, immun sistemi normal çalışan insanlar uzun illər boyu bunu hiss etmir. Lakin mütəmadi olaraq davam edən kiçik dozalı zəhərlənmələr həzm sistemi xəstəliklərinə və maddələr mübadiləsi pozğunluğuna gətirib çıxarır. Bu isə öz növbəsində sistem xəstəliklərinə və piylənməyə səbəb olur.

Titan-dioksid qida məhsullarına və digər gündəlik tələbat mallarına yalnız parlaq bəyazlıq vermir, həm də onlardan bəzilərinin formasını vitrinlərdə uzun müddət saxlamasını təmin edir. Diqqət edirsinizsə, əvvəlki illərə nisbətən ağartı məhsullarının, sirniyyatların, pastaların və həssas kosmetik vasitələrin istifadə müddəti bir neçə dəfə uzanıb. Məsələn, əvvəllər dondurma, yoqurt, süd və digər bu kimi məhsulların istifadə müddəti bir neçə gün və ya bir həftə göstərilirdi. İndi isə həmin məhsulların istifadə müddəti aylarla göstərilir. Məhz bu tendensiya E-171 maddəsinin və digər konservantların köməyi ilə mümkün olur.

Qeyd etdiyimiz məhsulların hamısında sağlam yolla bəyazlığı almaq mümkündür. Amma bu bir qədər baha başa gəlir. Məsələn, Avropada bəyaz qənd əldə etmək üçün sentrifuqa aparatından istifadə edilir. Məhlul aparatın bunkerinə tökülur və müəyyən sürətlə fırladılır. Bu zaman məhlulun mərkəzi hissəsi ağarır, qara zərrəciklər isə kənara yığılır. Qənd məhlulun mərkəzi hissəsində olan ağ kütlədən hazırlanır. Digər hissədən isə qənnadinin bəyazlıq tələb edilməyən sektorunda istifadə edilir. Bizdə isə bütün kütlə titan-dioksid ilə, asan, ucuz və zərərli yolla ağardılır

Un isə Avropada yüksək keyfiyyətli buğdadan 3 növdə istehsal edilir - əla, birinci və ikinci növ. Əla növdən ağ, birinci növdən boz, ikinci növdən isə qara ćorək bişirilir. Azərbaycanda isə dəyirmanlardaca kəpəkdən başqa alınan bütün məhsul E-171 nano-hissəciklərə malik maddə ilə ağardılir. Sonradan tələbata uyğun olaraq qara çörək bişirmək üçün yenidən həmin bəyaz unun xəmirinə qara rəng vurulub qaraldılır. Bu da olur guya pəhriz çorəyi. Amma bunun pəhrizə əsla dəxli yoxdur. "Qara çörək" bizdə sadəcə titan-dioksid ilə ağardılmış unun xəmirinə əlavə rəng vurmaqla alınan adı çörəkdir, yalnız rəngi qaradır. Yəni marketlərdə gördüyümüz "qara çörək" heç də ikinci növ buğda unundan hazırlanmır. Bu adı ağ çorəkdən daha zərərlidir, çunki daha çox kimyəvi qatqıya malikdir.

Ağ duz normal qida sənayesi olan ölkələrdə duz suxurlarını seçməklə əldə edilir. Yəni ağ duz suxurlarından alınan duz satışa çıxarılır, yerdə qalan boz-qaramtıl duz isə texnoloji qida sənayesində istifadə edilir. Bizdə isə suxurlar seçilmədən üyüdülür və ya göldən sor düz yığılır, ardınca isə titan-dioksid ilə ağardılir. Bu yolla parlaq bəyaz düz əldə edilir. Ona görə də boz Naxçıvan duzu qida üçün daha faydalı və təmizdir.

Bununla belə, biz valideynlərə müraciət edirik ki, parlaq ağ vərəqlərə malik dəftər və digər kağız materiallarından hazırlanmış dəftərxana məmulatlarını, xüsusilə azyaşlı uşaqlar üçün almayın. Həmin kağızlar da titan-dioksid ilə ağardılır. Azyaşlı uşaqlar əllərini bu cür dəftərxana məmulatlarına toxundurduqdan sonra ağzına vurursa, bu da kiçik dozalı zəhərlənmələrə səbəb olur. Odur ki, özünüzü qida sənayemizin zərərlərindən qorumağın unikal yollarını arayın, axtarın, tapın. Hərənin bu istiqamətdə unikal yanaşması ola bilər. Hörmətli oxucular, yanaşmanızı bizimlə də paylaşsanız məmnun olarıq. Bunun üçun rədakdiyamıza zəng vurmağınız kifayətdir, bizim əməkdaslarımız sizin təkliflərinizi qeydə alacaq.

Növbəti yazımızda oxuculara "çin duzu" barədə bilgi verəcəyik, bizi izləyin.

Akif NƏSİRLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
baki-xeber.com

1Mənbələr