AZ

Ölkə çempionu bağ evində qətlə yetirildi

İranın Şərqi Azərbaycan əyaləti Boks Şurasının başçısı İsa Qulməhəmmədi qətlə yetirilib.

Fanat.Az xəbər verir ki, məlumatı Şərqi Azərbaycan əyalətinin Boks Şurası yayıb.

Boks üzrə İran çempionu olmuş, sözügedən ölkənin millisində məşqçi və menecer kimi çalışmış Qulməhəmmədi Tehran əyalətinin Rabatkərime rayonunun Şatrxvar kəndindəki bağ evində soyuq və odlu silahla öldürülüb. Ona 5 bıçaq zərbəsi endirlib və 11 dəfə atəş açılıb.

Ona iki nəfərin hücum etdiyi bildirilib. Cinayətkarların kimliyi hələ müəyyən edilməyib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
fanat.az

1Mənbələr