AZ

Ayxan Abbasov: Bizim üçün hər xal qızıla bərabərdi - MÜSAHİBƏ

“Şamaxı” klubunun baş məşqçisi Ayxan Abbasovun matc.az saytına müsahibəsi - Ölkə çempionatının 5-ci turunda "Neftçi" ilə qolsuz heç-heçə etdiniz. Yəqin ki, büdcə və heyət baxımından "Şamaxı"dan qat-qat üstün olan komanda ilə oyunda qazandığınız 1 xal sizi qane etdi... - Evdə birinci oyunumuz idi. Öz azarkeşlərimiz qarşısında oynayırdıq, məğlub olmaq istəmirdik. “Neftçi” çempionata istədiyi kimi başlamasa da, son günlərdə etdiyi transferlər rəqibin oyununda fərq yaratmışdı. Futbolçularımın çıxışından razı qaldım. Turdan-tura komandamın oyununda müsbət fərq görürəm, bu da məni sevindirir. Bizim üçün hər xal qızıla bərabərdi. İlk turlarda qarşılaşdığımız komandalar avrokuboklara vəsiqə uğrunda yarışanlardı. Onlarla oyunlarda xallar qazanmaq, həqiqətən də, sevindirici haldı. - Hansı klubu çalışdırmağınızdan asılı olmayaraq, "Neftçi" adətən sizin komandalarınla oyunlarda çətinlik çəkir. Bunu necə bacarırsınız? "Neftçi" ilə oyunlara daha özəl yanaşırsınız? - Xeyr, özəl yanaşdığımı deməzdim. Hər oyuna ayrı cür, rəqibə uyğun hazırlaşırıq. Rəqibdən rəqibə fərq var. Çempionatımızda bəzi komandalar sənə də oynamağa imkan verir, özü də oynayır. Bəziləri isə kompakt oynayırlar, müdafiədə sıx olurlar. Bu cür rəqiblərə və 90 dəqiqə dominant futbol sərgiləyən komandalara qarşı oynamaq daha çətindi. “Neftçi” ilə uğurlu görüşlərimə gəlincə, belə alınır. Amma “Neftçi”yə qarşı özəl hazırlaşmaqdan söhbət gedə bilməz. - Buvaxtadək keçirdiyiniz 4 oyundan sonra aktivinizdə 5 xal var. Bu nəticə tam ürəyinizcədi? - Çempionatımız elədi ki, dayanmaq olmaz. Hələ heç nə etməmişik. Qarşımıza məqsəd qoymuşuqsa, hər oyunda mübarizə aparmalıyıq. “Neftçi” ilə matçı unudub növbəti görüşə hazırlaşırıq. Hər tur xal və ya xallar qazanmağa çalışacağıq. Bu, bəzi oyunlarda alınacaq, bəzilərində alınmayacaq. Qısa vaxtda heyət formalaşdırdığımızı nəzərə alsaq, çempionata yaxşı başlamaq bizi sevindirir. - Növbəti turda "Sumqayıt"ı qəbul edəcəksiniz. Bu görüşdən gözləntiniz nədi? - “Sumqayıt” Konfrans Liqasında oynamış komandadı. Bilirik ki, rəqibin özünəməxsus oyun tərzi var. Bizim kimi, onlar da çempionatdakı fasilədən səmərəli istifadə etməyə çalışacaqlar. Çətin oyun olacaq. Zatən, çempionatda bütün matçlar ağır keçir. Bu görüş də fərqlənməyəcək. Əminəm ki, azarkeşlər yaxşı oyuna şahidlik edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
matc.az

1Mənbələr