AZ

Kim Çen In 30 məmuru edam etdirdi - Şok səbəb

Şimali Koreya lideri Kim Çen Inın ölkədə daşqının qarşısını almaqda səhlənkarlıq göstərən 30-a yaxın dövlət məmurunu edam etdirdiyi iddia edilib.

Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreya mediasıkəşfiyyat mənbələrinə əsasən məlumat yayıb.

Sözügedən məmurların kimliyi açıqlanmayıb. Onların korrupsiya və “vəzifə borcunu yerinə yetirməmək”də təqsirləndirildiyi bildirilir.

Xatırladaq ki, iyulun 27-dən etibarən ölkənin Çin sərhədinə yaxın bölgələri güclü yağışlara məruz qalıb, daşqınlar bir çox bölgələrdə maddi ziyana səbəb olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
6
publika.az

7Mənbələr