AZ

 "Müharibə əlilləri və şəhid ailələri ilə iş" adlı layihə başa çatıb - FOTOLAR

Əvvəlcədən məlumat verdiyimiz kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi iyun ayının 1-dən "Müharibə əlilləri və şəhid ailələri ilə iş" adlı layihə icra edirdi.

QHT.az xəbər verir ki, üç ay davam edən layihə zamanı şəhid ailələri, müharibə veteranları və əlilləri,  bütün kateqoryadan olan əliliyi olan insanların, eləcə də digər imtiyazlı şəxslərin  maarifləndirilməsi məqsədi ilə “Dünya” TV-də “Biz sizinləyik” adlı televiziya verilişləri təşkil edildi. Verilişlərdə alyihə iştirakçıları və könüllülərlə yanaşı dövlət qurumlarının məsul əməkdaşları da iştirak etmiş, imtiyazlı şəxsləri maraqlandıran sualları cavablandırmışlar.

Bundan başqa Yardımlı rayonunda yerli icra hakimiyyətinin əməkdaşlarının iştirakı ilə Vətənimizin azadlığı uğrunda Birinci və İkinci Qarabağ müharibəsi, Azərbaycan Respublikasının suverenliyinin tam bərpa olunması ilə nəticələnən Azərbaycan Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində şəhid olmuş igidlərimizin ailə üzvlərinin, müharibə veteranları və əlilləri, eləcə də müxtəlif dərəcəli əlilliyi olan şəxslərlə görüş keçirilmiş, mövcud problemlərinin qeydiyyatı aparılmış, tədbirdən dərhal sonra da aidiyyəti dövlət təşkilatlarına bu problemlərinin həlli ilə bağlı müraciətlər edilmişdir.

Layihə rəhbəri və sədr Tahir Xudiyev qeyd edir ki, 3 ay davam edən layihə artıq başa çatsa da, “Beynəlxalq Əlillər Cəmiyyəti” öz fəaliyyətini layihədən sonra da davam etdirir. İctimai birliyə köməyə ehtiyacı olan imtiyazlı şəxslərdən məktublar gəlməkdə davam edir.

Onu da qeyd edək ki, Tahir Xudiyev və İdarə Heyəti üzvü Məlahət Abdullayeva bu yaxınlarda keçirilən Milli Məclisə deputat seçkilərində Xankəndi Seçki Dairəsinin 15 saylı Seçki Məntəqəsində Komissiyanın üzvləri olublar. Elə həmin vaxtda da Xankəndindən bir nəfər anadangəlmə fiziki qüsurlu olan Qarabağ müharibəsi veteranı da köməklik üçün BƏC İB-ə müraciət etmişdir. Bu müraciətlərlə bağlı BƏC İB lazımi köməkliyini əsirgəməyəcəkdir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
2
qht.az

3Mənbələr