AZ

Mask Brazilyanın tələbinə əməl edəcək

İlon Maska məxsus olan peyk internet sistemi Starlink, "Braziliyada "X"ə girişi bloklamaq" əmrinə əməl edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

""X" sosial şəbəkəsinin bloklanması tələblərinə əməl etməyə hazırıq. Platformaya qanunsuz daxil olmağın Brazilya qanunlarını pozduğunun fərqindəyik", məlumatda deyilir.

Xatırladaq ki, Braziliya Ali Məhkəmə keçmiş prezident Jair Bolsonaronın "çevriliş cəhdi" istintaqı çərçivəsində "X"dən bəzi insanlar haqqında məlumat verməsini və hesabları bloklamasını tələb edib. 

Türkan İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
redaktor.az

1Mənbələr