AZ

İsrail Polis Kəşfiyyat İdarəsinin rəhbəri istefa verdi

Bildirilib ki, İsrail Polis Kəşfiyyat İdarəsinin rəisi Dror Assaraf tutduğu vəzifədən istefa verib.

Turkustan.az xəbər verir ki, İsrail Polis Kəşfiyyat İdarəsinin rəisi Dror Assaraf tutduğu vəzifədən istefa verib.

İsrailin dövlət televiziyası KAN-da yayımlanan xəbərdə "Əssərəf 35 ildir tutduğu vəzifədən istefa qərarını açıqlayıb". ifadələrdən istifadə edilmişdir.

Xəbərdə bunun polisdə son 24 saat ərzində ikinci istefa olduğu vurğulanıb və polis qüvvələrinin şimal bölgə rəisi Şoki Tahauxanın da tutduğu vəzifədən istefa verdiyi bildirilib.

Belə ki, xəbərdə 2024-cü ildə polisdən istefa verən yüksək vəzifəli məmurların sayının 6-ya yüksəldiyi, polis məmurlarının istefa səbəbləri ilə bağlı məlumat verilmədiyi qeyd edilib.

İsraildə fəaliyyət göstərən "Walla" saytının xəbərində bu, Daniel Levinin İsrail polis komissarı təyin edilməsindən sonra üçüncü istefa olduğuna diqqət çəkib.

İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir tərəfindən irəli sürülən Levi iyul ayında polis komissarı vəzifəsinə təyin edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
turkustan.az

2Mənbələr