AZ

Unitaza şorba tökməyin, yoxsa... - Ekspert elə şeylər danışdı ki

Tualetə şorba və ya qaynar su tökmək kanalizasiya sistemini zədələyir.

Publika.az xəbər verir ki, bu barədə danışan biotexnoloq Mariya Zolotareva ruslara qidanın bu şəkildə utilizasiyasının təhlükələri barədə xəbərdarlıq edib.

Deyib ki, bulyonun tərkibində olan piylər və yağlar boruların daxili divarlarında bərkiyə, tullantıları toplaya və tıxanma əmələ gətirə bilər. Beləliklə, drenajların axını pozulur və çürümə prosesi başlayır.

“Ona görə də yaxşı olar ki, qablarda qalan yağı silib kağız salfetlə yığasınız. Əgər yağ və ya şorba çox qalıbsa, onu ayrıca qaba töküb möhkəm bağlayıb vedrəyə və ya zibil qabına atmaq lazımdır”, - deyə ekspert izah edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
publika.az

2Mənbələr