AZ

Lukaşenkodan üçüncü əfv qərarı – Etirazlarda tutulan daha 30 məhkum azadlığa buraxıldı

Belarusr lideri Aleksandr Lukaşenko etiraz aksiyalarında iştirak etməkdə və etirazla bağlı digər cinayətlərdə məhkum olunmuş 30 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə BelTA dövlət agentliyi məlumat yayıb. Lukaşenkonun mətbuat xidməti əfv qərarını “insani jest” adlandırıb.

Bu, Lukaşenko hökumətinə qarşı etirazlarda iştiraka görə məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı üçüncü qərardır. Əvvəlkilər kimi yenə də, əfv olunanların adları rəsmən açıqlanmır.

Hakimiyyət iddia edir ki, əfv olunanların hamısı günahlarını etiraf ediblər və “qanunlara tabe olan həyat tərzi” keçirəcəklərinə söz veriblər.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
azpolitika.info

1Mənbələr