AZ

Bayden ŞOK ETİRAF- Məxfi Xidmət mənə izdiham olan yerlərə getməyə icazə vermir...

Image

ABŞ prezidenti Bayden diqqətçəkən açıqlama verib. Bayden bildirib ki, Məxfi Xidmət ona “çox təhlükəli olduğu üçün” insanların sıx olduğu yerlərə getməyə icazə vermir.

Prezident Bayden Bu barədə Pensilvaniyadakı seçki kampaniyasından sonra Ağ Evə qayıdarkən mətbuat mənsublarına açıqlama verib.

Bu cür seçki səfərlərini bəyəndiyini deyən Bayden, artıq Məxfi Xidmətin onu izdiham olan yerlərə buraxmadığını deyib: "Artıq izdiham olan yerlərə gedə bilmirəm, Gizli Xidmət icazə vermir. Çox təhlükəli olduğunu deyirlər".

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki kampaniyası zamanı silahlı hücuma məruz qalmışdı. Tram sui-qəsd nəticəsində qulağından yaralanmışdı.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
baki-xeber.com

1Mənbələr