AZ

İranda Şərqi Azərbaycan Boks Şurasının rəhbəri qətlə yetirildi

İranın Şərqi Azərbaycan əyaləti Boks Şurasının başçısı İsa Qulməhəmmədi soyuq və odlu silahla qətlə yetirilib.   Manset.az bu barədə "Tasnim"ə  istinadən xəbər verir. Məlumata görə, boks üzrə çempion və veteran İsa Qolməhəmmədi ötən gecə Tehran vilayətinin Rabat Kərim rayonunun Sefidar qəsəbəsindəki şəxsi bağında qətlə yetirilib. Şahidlərin sözlərinə görə, İsa Qulməhəmmədinin bağına gələn iki qadın ona atəş açaraq qətlə yetirib. Mərhumun oğlu xəbəri təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.  
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
manset.az

1Mənbələr