AZ

Çernobıldan gələn radioaktiv maddələr bir günə Polşaya çata bilər -XƏBƏRDARLIQ

“Fobos meteoroloji mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets bildirib ki, Çernobıl zonasının da daxil olduğu meşədə yanğın nəticəsində radioaktiv maddələr bir sutka ərzində Polşaya çata bilər.

“İki sahil” xəbər verir ki, o, bu barədə Telegram-da yazıb.

Onun sözlərinə görə, radioaktiv maddələr Çernobılın təcrid zonasından atmosferin aşağı sərhəd qatına yerdən 3 km-ə qədər buraxılarsa, onlar Ukraynanın şimal vilayətlərindən keçərək bir sutka ərzində Polşaya çatacaqlar.

O, həmçinin əlavə edib ki, Çernobıl zonasındakı yanğınlar və Kiyev vilayətinin Brovarı rayonunda yanan torf bataqlıqları səbəbindən havanın keyfiyyəti pisləşə bilər.

Bundan əvvəl Çernobıl zonasında baş verən yanğın səbəbindən Kiyevin bir hissəsinin dumanla örtüldüyü bildirilirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
ikisahil.az

1Mənbələr