AZ

Kimlərinsə hay-küyünə görə ümumi seçkilərə kölgə salmaq olmaz - Məzahir Pənahov

Bakı. Trend:

DSK-nın qərarından 3 gün keçəndən sonra bizə müraciət ediləbilər.

Trend xəbər verir ki, bunuMərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədriMəzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 3 gün keçərsə, müraciətə baxa bilməzlər:“Görürük kənarda gedib deyirlər nə olsun 3 gün keçib, baxardılar.Amma belə deyil. Seçkidə biz bilsək ki, haradasa pozuntu var, onudərhal müzakirə edirik. Amma kimlərsə dalaşıbsa və şikayətyoxdursa, biz buna baxa bilmərik. Bizim çəkinəcəyimiz heç birməsələ yoxdur. Seçki günü 6478 məntəqədə seçki keçirilib. Bütünmüşahidəçilər seçkini izləyib. Onların qarşısını heç kim alabilməz. Barmaq sayı ilə sayıla biləcək məntəqədə xoşagəlməzhallarla bağlı sosial şəbəkədə yayılmışdı. Pozuntu olan şeyə bizpozuntu deyəcəyik. Amma kimlərinsə hay-küyünə görə ümumi seçkilərəkölgə salmaq olmaz. Pozuntudan pozuntuya çox fərq var. Elə pozuntuvar nəticələrə təsir etmir. Amma yenə də bu pozuntu dacəzalandırılmalıdır. Amma bu hallara görə bizim çəkdiyimiz əziyyətəkölgə salmaq olmaz. Biz əziyyət çəkmişik. Seçkilər çox yüksəksəviyyədə keçib”.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənarparlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxusiyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalqmüşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfərsiyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindənnamizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasipartiya mənsubiyyəti var.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
15
az.trend.az

10Mənbələr