İspaniyada vergidən yayınma ittihamları ilə uzun müddətdir gündəmdə olan Şakira İspaniyanın “El Mundo” qəzetində dərc olunan məktubda keçdiyi prosesi təsvir edib.

İndex.az xəbər verir ki, 47 yaşlı müğənni ispan maliyyəsi ilə razılığını, qorxu və ya günahdan deyil, uşaqlarını qorumaq üçün etdiyini deyib.

İspaniyanın ictimai qurumlarına reaksiya verən Şakira deyib. “Məni əsəbləşdirən məqam, bir dövlət qurumunun səbəblərimi dinləməkdənsə, məni ictimaiyyətin gözü qarşısında dirəyə çəkmək idi. Düşünürəm ki, bunları izah etməyin vaxtıdır. Bunun üçün qurulmuş bir qurum vətəndaşlara bütün gücü və imkanları ilə xidmət edərkən cinayətkar elan etmək üçün istifadə etməməlidir”.

Şakira ittihamları irəli sürən İspaniya maliyyəsini və hüquqi prosesi həyata keçirən dövlət idarəsini “maşizm”də ittiham edib.

Kolumbiyalı müğənni iddia edib ki, cəmiyyət fərqli düşünsə də, dövlət bürokratiyasının bəzi təbəqələrində maşizm davam edir. İspaniya Xəzinədarlığının ona qarşı irəli sürülən ittihamlarda “uşaqcasına və əxlaqi hekayə” irəli sürdüyünü iddia edən Şakira, xəzinənin qaydalara əməl etməyənləri cəzalandırmaqdansa, inandığı etibarı bərpa etmək üçün cadugər ovuna çıxdığını ifadə etdi.

Şakira vurğulayıb ki, lazım olandan  qat-qat çox vergi ödəyib: Könüllü olaraq ödədiyim bütün məbləğlər və ədalətsiz cəzalar əlavə edilsə, İspaniya dövlətinin o illərdə mənim bütün qazanclarımdan çox məbləğ aldığı görüləcək”.

Qeyd edək ki, keçmiş futbolçu Xerard Pike ilə bir müddət münasibətdə olan və bu münasibətdən uşaqları olan Şakira 2012-2014-cü illərdə yaşadığı İspaniyada Maliyyə Nazirliyindən 14,5 milyon avro vergidən yayınmaqda ittiham olunurdu. Dəfələrlə ittihamları təkzib edən açıqlamalar verən Şakira, 8 il 2 aya qədər həbs cəzası tələb olunan istintaqın uzadıldığı və iddianın başladığı 2023-cü ildə razılaşmaya və 7,3 milyon avro cərimə ödəməyə razı olub.