AZ

“Rosatom” Asiya bazarlarında fəaliyyətini davam etdirəcək -AÇIQLAMA

“Rosatom”un rəhbəri Aleksey Lixaçev bildirib ki, korporasiya Asiya bazarlarında fəaliyyətini davam etdirəcək.

“İki sahil” xəbər verir ki, bBu barədə “Zvezda” telekanalı məlumat yayıb.

“Əminliklə deyə bilərəm ki, biz bu bazarlara yüksək keyfiyyətli inkişaf təmin edə biləcəyik. Ən əsası isə bu ölkələrin texnoloji strukturuna yeni keyfiyyət gətirməkdir”, - deyə, Lixaçev Şərq İqtisadi Forumu çərçivəsində deyib.

Rosatom rəhbərinin qeyd etdiyi kimi, nüvə sənayesinin hərtərəfli yaradılması ilə iqtisadiyyatda, təhsildə, tibbdə, elmi fəaliyyətdə və kənd təsərrüfatında tamamilə yeni keyfiyyətə nail olmaq mümkündür.

Daha əvvəl bildirilmişdi ki, Rosatom nüvə silahı üzrə dövlət müdafiə sifarişini 100% yerinə yetirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
ikisahil.az

1Mənbələr