AZ

“Azərbaycan Sənaye Sığorta”nın sədri şirkətdən ayrılıb

“Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri Orxan Əfəndiyev vəzifəsindən ayrılıb.

"APA-Economics" bu barədə sığorta şirkətinə istinadən xəbər verir. Məlumata görə, onun yerinə hələlik təyinat olmayıb. İdarə Heyəti sədrinin birinci müavini Afaq Cəbrayılova sədr vəzifəsini icra edir. Bundan əlavə, sığorta şirkətinin idarə heyətində bir üzv- maliyyə departamentinin müdiri Elgiz Həmzəyev təmsil olunur.

Qeyd edək ki, Orxan Əfəndiyev 2019-cu ilin sentyabr ayında "Azərbaycan Sənaye Sığorta"nın İH-nin sədri təyin edilmişdi.

Xatırladaq ki, "Azərbaycan Sənaye Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Səhmlərin 95%-i “Anadolu Investment Company” MMC-yə və 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
apa.az

2Mənbələr